Saytımızı qiymətləndirin


 
 

Uitkoff Putinlə görüşü konstruktiv adlandırıb
Tarix: 21-10-2026 | Saat: 22:19
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Rusiya Prezidenti Vladimir Putin

 

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff oktyabrın 21-də Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşü konstruktiv qiymətləndirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Uitkoff “X” sosial şəbəkəsində paylaşım edib.

“Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşərək Osloda əldə olunan irəliləyişləri möhkəmləndirməyə çalışdıq”, – o bildirib.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, danışıqlar konstruktiv şəraitdə keçib və diplomatik təmaslar davam etdiriləcək.

“Bu danışıqlar konstruktiv xarakter daşıyıb və ABŞ, Rusiya və Ukrayna arasında texniki səviyyədə üçtərəfli danışıqlar çərçivəsində davam etdiriləcək”, – Uitkoff vurğulayıb.



Xəbəri paylaş

36 dəfə oxunub.

Digər xəbərlər
20-05-2022, 13:00 Sabah yağış yağacaq