Saytımızı qiymətləndirin


 
 

Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
Tarix: 21-10-2026 | Saat: 22:18
Bölmə:Karusel / Dünya | çapa göndər

İranın XİN başçısı Abbas Əraqçi

 

İran ABŞ ilə diplomatik danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində paylaşım edib.

Nazir bildirib ki, Tehran Vaşinqtonun etimadın bərpasına və ədalətli razılaşmanın əldə olunmasına səmimi yanaşdığına dair ciddi sübutlar görəcəyi təqdirdə diplomatiyaya yenidən şans verməyə hazırdır.

“ABŞ-nin etimad yaratmaq və ədalətli həllə nail olmaq istəyinin səmimi olduğuna dair güclü sübutlar görsək, İran diplomatiyaya yenidən şans verməyə hazırdır”, – Əraqçi vurğulayıb.

İran XİN rəhbəri ABŞ-ni hərbi qarşıdurma yolunu seçməməyə çağırıb.

Onun sözlərinə görə, Vaşinqton diplomatiya əvəzinə müharibəyə üstünlük verərsə, bu, ABŞ üçün əvvəlkilərdən daha böyük miqyasda növbəti strateji məğlubiyyətlə nəticələnəcək.



Xəbəri paylaş

36 dəfə oxunub.

Digər xəbərlər