Saytımızı qiymətləndirin


 
 

Monteneqro noyabrın 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir
Tarix: 21-10-2026 | Saat: 12:50
Bölmə:Karusel / Siyasət | çapa göndər

Monteneqro noyabrın 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir

Monteneqro Rusiya vətəndaşları üçün noyabrın 1-dən viza rejiminin tətbiqi barədə Rusiyanı rəsmi şəkildə məlumatlandırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın Monteneqrodakı səfiri Aleksandr Lukaşik bildirib.

Diplomatın sözlərinə görə, Monteneqro tərəfi 2008-ci il sentyabrın 24-də iki ölkə arasında vətəndaşların qarşılıqlı səfərlərinin şərtləri haqqında imzalanmış sazişin noyabrın 1-dən qüvvədən düşməsi barədə Rusiyaya rəsmi bildiriş göndərib.

“Göstərilən tarixdən etibarən Rusiya vətəndaşlarının Monteneqroya girişi üçün Monteneqro vizası, eləcə də Şengen zonasına daxil olan ölkələr də daxil olmaqla, bir sıra digər dövlətlərin vizaları tələb olunacaq”, – səfir qeyd edib.

Qeyd edək ki, Monteneqro bu qərarı Avropa İttifaqının viza siyasəti ilə uyğunlaşma çərçivəsində qəbul edib.



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər