Saytımızı qiymətləndirin


 
 

Qalibaf: ABŞ İranın etimadını qazanmaq üçün Tehranın yeddi şərtini yerinə yetirməlidir
Tarix: 20-10-2026 | Saat: 22:20
Bölmə:Karusel / Dünya | çapa göndər

Qalibaf: ABŞ İranın etimadını qazanmaq üçün Tehranın yeddi şərtini yerinə yetirməlidir

“ABŞ yalnız Nyu-Yorkda təqdim edilmiş İranın yeddi şərtini yerinə yetirməklə Tehranın etimadını qazana bilər”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Pakistan ordusunun komandanı feldmarşal Asim Münirlə görüşü zamanı deyib.

Qalibaf İranla ABŞ arasında İslamabadda keçirilən danışıqlara toxunaraq vurğulayıb ki, Vaşinqtonun İran İslam İnqilabından əvvəl və sonra atdığı mənfi addımlar, Tramp administrasiyasının İslamabad anlaşmasını pozması və ABŞ prezidentinin dəfələrlə səsləndirdiyi təhdidlər İranın ABŞ-a olan etimadsızlığını daha da artırıb.

O bildirib ki, İran müharibə istəmir, lakin ölkəni və milli ləyaqəti müdafiə etmək üçün tam hazırdır. Qalibafın sözlərinə görə, təhdidlər və hərbi hərəkətlilik İran İslam Respublikasının strateji qərarlarına təsir göstərmir.



Xəbəri paylaş

25 dəfə oxunub.

Digər xəbərlər