Saytımızı qiymətləndirin


 
 

Yeni prokuror tanınmış hakimin oğludur
Tarix: 20-10-2026 | Saat: 16:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

yeni-prokuror-taninmis-hakimin-ogludur

Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

Qarabaginfo.az “Unikal”a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmiş üzvü, tanınmış hakim Mansur İbayevin oğludur.

Qeyd edək ki, M.İbayev 1964-cü ildən məhkəmə orqanlarında işləməyə başlayıb.

Qubadlı, Ağdaş, Göyçay rayonlarında məhkəmə sədri, 1976-cı ildən 2000-ci ilə qədər Ali Məhkəmənin üzvü, 2000-ci ildən 2012-ci ilə kimi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi, eyni zamanda Məhkəmə Hüquq Şurasının və Mərkəzi Seçki Komissiyasının üzvü vəzifələrində işləyib.

2006-cı ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

O, bir sıra səs-küylü cinayətlərlə bağlı məhkəmə proseslərinə hakimlik edib.

Mansur İbayev 2024-cü ilin avqust ayında vəfat edib.

 



Xəbəri paylaş

50 dəfə oxunub.

Digər xəbərlər