Saytımızı qiymətləndirin


 
 

Tramp: Avropa miqrasiya siyasətini dəyişməsə, ciddi böhranla üzləşəcək
Tarix: 20-10-2026 | Saat: 08:30
Bölmə:Karusel / Dünya | çapa göndər

Tramp: Avropa miqrasiya siyasətini dəyişməsə, ciddi böhranla üzləşəcək

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin miqrasiya siyasətini sərtləşdirməli olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ Prezidenti Fransadakı iğtişaşlara toxunaraq Avropanın miqrasiya siyasətini tənqid edib.

Tramp bildirib ki, Fransa Prezidenti Emmanuel Makrona miqrasiya ilə bağlı siyasətinin yanlış olduğunu əvvəllər də söyləyib.

Onun iddiasına görə, mövcud tendensiya davam edərsə, Parisin əhalisinin dini tərkibində ciddi dəyişikliklər baş verə bilər.

“Avropa sərhədlərini bağlamır və cinayətkarları ölkədən çıxarmır. Avropanın sonu gələcək”, – Tramp bildirib.

ABŞ Prezidenti Avropa ölkələrinin sərhəd nəzarətini gücləndirməli və cinayət törədən xarici vətəndaşları deportasiya etməli olduğunu vurğulayıb.

O, Fransa və İtaliyadakı iğtişaşları misal göstərərək Avropa hökumətlərini təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.

Trampın Avropanın gələcəyi və Parisin dini tərkibi ilə bağlı fikirləri onun şəxsi siyasi qiymətləndirməsidir.



Xəbəri paylaş

6 dəfə oxunub.

Digər xəbərlər