İran Hörmüz boğazına nəzarəti təhlükəsizliyi üçün zəruri hesab edir
Tarix: 20-10-2026 | Saat: 08:01
Bölmə:Karusel / Dünya | çapa göndər
4 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-10-2026 | Saat: 08:01
Bölmə:Karusel / Dünya | çapa göndər
İran öz təhlükəsizliyini təmin etmək üçün Hörmüz boğazına nəzarəti həyata keçirməkdən başqa alternativ görmür.
IRNA agentliyinin məlumatına görə, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif Düşənbədə Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşündə bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazı üzərində suveren hüquqların həyata keçirilməsi İranın milli təhlükəsizliyi baxımından zəruridir.
“İranın öz təhlükəsizliyini təmin etmək üçün Hörmüz boğazı üzərində suverenliyini həyata keçirməkdən başqa seçimi yoxdur”, – Arif vurğulayıb.
İran rəsmisi boğaz ətrafında yaranmış mövcud vəziyyətə görə ABŞ-ni məsuliyyət daşımaqda ittiham edib.
O bildirib ki, Vaşinqton bu vəziyyətin nəticələrinə görə cavab verməli olacaq.
Xəbəri paylaş
Digər xəbərlər
28-03-2023, 13:23
Abid Şərifovun oğlu vəfat etdi
10-02-2022, 16:20
Rusiya ilə Qazaxıstan strateji tərəfdaşlıq sazişi imzalayacaq
6-05-2024, 11:33
“Avroviziya”da Azərbaycan təmsilçiləri qalib gələ bilməyəcək
24-02-2021, 09:51
Bakı yollarında son vəziyyət – Fotolar
22-02-2022, 07:10
Bayden “DXR” və “LXR” ilə bağlı sanksiyaları təsdiqlədi
5-12-2021, 09:07
Almaniyada etiraz aksiyaları zamanı 5 jurnalistə hücum olunub, onlardan 3-ü yaralanıb
7-08-2024, 13:58
Hacıyeva müsadirə etdirir, Hüseynzadə qapdırır...
21-06-2026, 20:05
İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlar başlayıb


















