Saytımızı qiymətləndirin


 
 

Bayden “DXR” və “LXR” ilə bağlı sanksiyaları təsdiqlədi
Tarix: 22-02-2022 | Saat: 07:10
Bölmə:Karusel / Dünya | çapa göndər

Bayden “DXR” və “LXR” ilə bağlı sanksiyaları təsdiqlədi

ABŞ Prezidenti Co Bayden Rusiyanın qondarma “Donetsk və Luqansk Xalq Respublikaları“nın (“DNR” və “LXR”) “müstəqilliyinin” tanıması ilə bağlı sanksiyalar haqqında fərman imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sənəd “DXR” və “LXR”ə yeni sərmayələrin qoyulmasını qadağan edir.

Fərmana əsasən, ABŞ-ın fiziki və hüquqi şəxsləri tərəfindən “DXR” və "LXR”ə malların, xidmətlərin və texnologiyaların ixracı, satışı, tədarükü qadağan olunur.

ABŞ prezidenti bəyan edib ki, “respublikaların” tanınması Rusiya Federasiyasının Minsk razılaşmaları üzrə öhdəliklərinə ziddir və Ukraynanın sülh və sabitliyini daha da təhdid edir. Ağ Ev rəhbəri Konqres liderlərinə ünvanladığı məktubda Rusiyanın qərarının ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinə “təhdid yaratdığını” iddia edir.



Xəbəri paylaş

1274 dəfə oxunub.

Digər xəbərlər
20-04-2022, 12:17 Əhaliyə MÜRACİƏT