Saytımızı qiymətləndirin


 
 

Aİ sərhədlərlə bağlı Azərbaycana təklif verib
Tarix: 06-10-2021 | Saat: 15:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Aİ sərhədlərlə bağlı Azərbaycana təklif verib

 

“Avropa İttifaqı “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlıdır. Biz nəzərdə tutulan Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq prosesində Azərbaycanın fəal iştirakını və töhfəsini səbirsizliklə gözləyirik”.

Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinə yeni təyin olunmuş rəhbəri Petr Mixalko Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib. 

Petr Mixalko bildirib ki, həmçinin ATƏT-in Minsk qrupuna əlavə olaraq etimadın artırılması və sülhün qurulması prosesində üzərlərinə rol götürməyə də hazırdırlar: “Tərəflərin marağı olarsa, biz layihə imkanlarından istifadə edərək sərhədlərin delimitasiyası və demarkasiyası kimi sahələrdə təcrübəmizi bölüşməyi təklif edirik.

Avropa İttifaqı COVID-19 pandemiyasının təsiri kontekstində sosial və iqtisadi artım üçün və iqtisadi dirçəliş, dayanıqlılıq naminə birlikdə işləmək məqsədilə Azərbaycana dəstək verməyə davam edəcəkdir”.



Xəbəri paylaş

242 dəfə oxunub.

Digər xəbərlər