Saytımızı qiymətləndirin


 
 

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Tarix: 16-10-2026 | Saat: 12:30
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Baş Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq edib – Inter.az

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Abbasov Anar Eldar oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Ağstafa rayon polis şöbəsində ibtidai istintaq edilən cinayət işi üzrə Anar Abbasovun təkrar öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə axtarışa verilib.

A.Abbasov Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycan Respublikasına gətirilib.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər