Saytımızı qiymətləndirin


 
 

BTC ilə bu il nəql olunan neftin həcmi açıqlanıb
Tarix: 16-10-2026 | Saat: 12:45
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

BTC ilə bu il nəql olunan neftin həcmi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə vasitəsilə 18 856,8 min ton neft ötürülüb.

Dövlət Statistika Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, hesabat dövründə Azərbaycanda magistral neft kəmərləri üzrə nəqletmənin 76,6%-i BTC-nin payına düşüb.

“BTC kəməri ilə nəql edilmiş neftin 82 faizini (15 456,1 min ton) Azərbaycanda hasil edilən neft, 18 faizini (3400,7 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən il Azərbaycanda neft kəmərləri ilə 36 306,2 min ton neft nəql edilib, bu da illik müqayisədə 6,3% azdır. Nəqletmənin 74,9%-i BTC ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 27 179,2 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 7,8% azdır.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,8%-i və ya 23 056,9 min tonunu Azərbaycanda hasil edilən neft (4,6% azalma), 15,2%-i və ya 4 122,3 min tonunu (22,2% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər