Saytımızı qiymətləndirin


 
 

Mirzoyan: İranın TRIPP-lə bağlı narahatlıqları aradan qalxıb
Tarix: 16-10-2026 | Saat: 11:45
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan

 

İranın TRIPP layihəsi ilə bağlı narahatlıqları aradan qalxıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, İran tərəfi Ermənistanla müzakirələr zamanı TRIPP marşrutu boyunca ABŞ hərbi qüvvələrinin yerləşdirilib-yerləşdirilməyəcəyini soruşub və bu suala mənfi cavab verilib.

“İran tərəfi bu prosesin necə inkişaf etdiyindən razıdır, baxmayaraq ki, onların başqa sualları da qalır. Məsələn, İran tərəfi TRIPP boyunca ABŞ-ın hərbi mövcudluğunun olub-olmayacağını soruşur. Belə bir mövcudluq olmayacaq. Sənədlər bunu təsdiqləyir və reallıq da bunu göstərir”, – Mirzoyan deyib.

Ermənistan XİN rəhbəri qeyd edib ki, İran tərəfinin TRIPP-lə bağlı suallarına cavablar verilib.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər