Saytımızı qiymətləndirin


 
 

Ukrayna Rusiyanın 25 hərbçisini öldürüb,işğalçını, üç sursat anbarını məhv edib
Tarix: 21-06-2022 | Saat: 06:53
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna Rusiyanın 25 hərbçisini öldürüb,işğalçını, üç sursat anbarını məhv edib

Son son sutka ərzində Ukrayna Silahlı Qüvvələri 25 rus hərbçisini, güclü rabitə stansiyasını və üç silah-sursat anbarını məhv edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Cənub Əməliyyat Komandanlığı “Facebook”da məlumat yayıb.

“Hərəkətlərimizin aktivliyi rusları çıxılmaz əks-təsir vasitələrindən istifadə etməyə məcbur edir. Qarşı tərəf quruda sonuncu təchiz olunmuş müdafiə xəttini saxlamağa çalışır. Bu arada havadan və müvəqqəti işğal olunmuş Krımdan kütləvi raket zərbəsi endirilir. Qarşı tərəf 4 ədəd Kh-31A raket və 1 ədəd Oniks tipli raketlə Oçakov istiqamətinə zərbə endirib.

Onlar şəhərətrafı ərazilərdəki kənd təsərrüfatı sahəsinə düşüb.

Daha doqquz “oniks”in Odessa vilayətinə ünvanlandığı qeyd edilir. Dunay Deltasında, adalardakı yaşayış binaları, Belqorod-Dnestrovski rayonunda - qəbiristanlığın yaxınlığına və sənaye infrastrukturu obyektinin yaxınlığına mərmi atılıb

Ümumilikdə gün ərzində 25 rus hərbçisi, bir T-62 tankı, bir “Meteorit” özüyeriyən reaktiv minatəmizləmə qurğusu, güclü rabitə stansiyası, radiolokasiya stansiyası və elektron döyüş stansiyası, iki hərbi texnika və üç sursat anbarı məhv edilib.



Xəbəri paylaş

1195 dəfə oxunub.

Digər xəbərlər