Saytımızı qiymətləndirin


 
 

ABŞ-da məhkəmə Kubanın sabiq lideri Raul Kastronun həbsinə order verib
Tarix: 19-10-2026 | Saat: 22:01
Bölmə:Karusel / Dünya | çapa göndər

Kubanın sabiq lideri Raul Kastro

 

ABŞ-ın Florida ştatında məhkəmə Kubanın sabiq lideri Raul Kastronun həbsinə order verib.

“NBC News”-un məlumatına görə, Raul Kastro 1996-cı ildə iki mülki təyyarənin vurulması və dörd nəfərin həlak olması ilə bağlı işdə şübhəli bilinir.

Məhkəmə sənədlərində bildirilir ki, Kastronun hadisə ilə bağlı birinci dərəcəli qətl törətmək məqsədilə qurulan plana aidiyyəti ola bilər.

Qeyd edək ki, hadisə 24 fevral 1996-cı ildə baş verib. Həmin vaxt Kubanın müdafiə naziri olan Raul Kastro ilə əlaqələndirilən hadisə zamanı Kuba hərbi təyyarələri dənizdə ölkədən qaçan miqrantları axtaran “Brothers to the Rescue” təşkilatına məxsus iki mülki təyyarəni vurub, nəticədə dörd nəfər ölüb. ABŞ təyyarələrin beynəlxalq hava məkanında olduğunu, Kuba isə onların ölkənin hava məkanını pozduğunu iddia edib.



Xəbəri paylaş

26 dəfə oxunub.

Digər xəbərlər