Tarix: 12-07-2023 | Saat: 17:40
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul 2023-cü il tarixinədək 618,4 mln. tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən Qarabaginfo.az-a xəbər verir ki, “Azəri- Çıraq-Günəşli”dən 576 mln. ton neft, “Şahdəniz”dən isə təqribən 42,4 mln.tona yaxın kondensat çıxarılıb.
“Bundan 1 iyul 2023-cü il tarixinədək təqribən 616,5 mln. tonu ixraca nəql edilib”, - məlumatda qeyd olunur.
Xatırladaq ki, 6 ay ərzində ölkədə təxminən 15,2 mln. ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 9,1 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,9 mln. ton təşkil edib. Hesabat dövründə təxminən 12,7 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 11,3 mln. tonu konsorsiumun, 1,4 mln. tonu isə SOCAR-ın payına düşür.
Digər xəbərlər