Saytımızı qiymətləndirin


 
 

SEPAH iki ABŞ PUA-sının ələ keçirildiyini, birinin isə vurulduğunu açıqlayıb
Tarix: 03-11-2026 | Saat: 07:34
Bölmə:Karusel / Dünya | çapa göndər

SEPAH iki ABŞ PUA-sının ələ keçirildiyini, birinin isə vurulduğunu açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus iki MQM-170 tipli kəşfiyyat PUA-sının Qəşm adasının cənubunda ələ keçirildiyini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, “Mehr” agentliyinin məlumatına görə, dronlar SEPAH-ın Aerokosmik Qüvvələrinin qabaqcıl radioelektron mübarizə sistemləri vasitəsilə sıradan çıxarılaraq ələ keçirilib.

Bildirilib ki, bu iki aparatın ələ keçirilməsi ilə SEPAH-ın nəzarətinə keçən MQM-170 tipli ABŞ dronlarının sayı dördə çatıb.

SEPAH ABŞ-a məxsus daha bir MQ-9 tipli pilotsuz uçuş aparatının vurulduğunu bildirib.

Açıqlamada qeyd olunub ki, dron Hörmüz boğazının şərqində vurulub.

SEPAH vurulan MQ-9 tipli dronların ümumi sayının 55-ə çatdığını iddia edib.



Xəbəri paylaş

67 dəfə oxunub.

Digər xəbərlər