Saytımızı qiymətləndirin


 
 

Ukrayna danışıqlarında ABŞ-ı Uitkoff və Kuşner təmsil edəcək
Tarix: 03-11-2026 | Saat: 07:30
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna danışıqlarında ABŞ-ı Uitkoff və Kuşner təmsil edəcək

Stiv Uitkoff və Cared Kuşnerin 10-11 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək Ukrayna ilə bağlı danışıqlarda ABŞ-ı təmsil edəcəkləri gözlənilir.

Bu barədə “Reuters“ agentliyi adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Uitkoff daha əvvəl ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcəyini açıqlamışdı. Lakin o, ABŞ tərəfini kimin təmsil edəcəyini bildirməmişdi.

 



Xəbəri paylaş

35 dəfə oxunub.

Digər xəbərlər