Saytımızı qiymətləndirin


 
 

5000 şirkətin Azərbaycandakı nümayəndəsi həbs olundu- VİDEO
Tarix: 27-01-2025 | Saat: 13:02
Bölmə:Karusel / Kriminal | çapa göndər

Rövşən Mehdiyev

Tanınmış iş adamı Rövşən Mehdiyev həbs edilib. Mediada yayılan məlumata görə, biznesmen dələduzluqda ittiham olunur.

Qarabaginfo.az bildirir ki, o, rəhbərlik etdiyi “Union Logistika” yükdaşıma şirkəti ilə bağlı da cinayət məsuliyyətinə cəlb edilib.

Polis tərəfindən aparılan istintaqdan sonra iş aidiyyəti üzrə məhkəməyə təqdim olunub. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Rövşən Mehdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Zərərçəkənlərə dəymiş ziyan yarım milyona yaxın qiymətləndirilir.

Qeyd edək ki, R. Mehdiyev dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən “Caspian Energy Club”un Qırğızıstan nümayəndəliyinin də sədridir. O, 20 ildir biznes fəaliyyəti ilə məşğuldur. Çində “Falson”, Qırğızıstanda “Brok Magistr”, Türkiyədə “AEMİ” şirkətlərinin rəhbəridir. Mehdiyev 2022-ci ildə Azərbaycanda “Union Logistika” şirkətini yaradıb.



Xəbəri paylaş

75 dəfə oxunub.

Digər xəbərlər
7-11-2023, 16:01 Xaçatryana hökm oxundu