MN: Ordumuzun Kəlbəcər, Laçın və Xocavənddəki mövqeləri atəşə tutulub
Tarix: 15-12-2022 | Saat: 10:32
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1185 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-12-2022 | Saat: 10:32
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Dekabrın 14-ü saat 17:50-dən saat 22:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Gorus rayonunun Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Zəylik, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
MN-dən Qarabaginfo.az-a verilən məlumata görə, bundan başqa, dekabrın 15-i saat 08:15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Xəbəri paylaş
Digər xəbərlər
7-03-2025, 16:50
Gürcüstan Türkmənistandan enerji resursları almaq niyyətindədir
12-10-2026, 15:54
Parisin ən qədim ərzaq bazarı yanaraq məhv olub
18-08-2022, 11:33
Prezident yeni səfirləri qəbul etdi - Yenilənib + Fotolar
26-10-2026, 22:06
Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib
2-12-2021, 10:08
Koronavirusa yoluxan tanınmış diktorun son durumu açıqlanıb
16-06-2025, 11:19
Xəzər dənizində zəlzələ olub
8-02-2022, 18:14
Prezident İlham Əliyev “Media haqqında” qanunu təsdiqləyib


















