Saytımızı qiymətləndirin


 
 

Azərbaycana gətirilmiş ukraynalı uşaqlar Qəbələ və Şəkidə olublar
Tarix: 19-10-2026 | Saat: 21:45
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Azərbaycana gətirilmiş ukraynalı uşaqlar Qəbələ və Şəkidə olublar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan ölkəmizə gətirilmiş uşaqlarla bağlı həyata keçirilən reabilitasiya tədbirləri davam etdirilir.

ƏƏSMN-dən Qarabaginfo.az-a verilən məlumata görə, reabilitasiya proqramı çərçivəsində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların ölkəmizin tarixi, mədəniyyəti və təbiəti ilə yaxından tanış olmaları məqsədilə Qəbələ və Şəki rayonlarına ekskursiyalar təşkil edilib.

Bildirilib ki, ekskursiyalar zamanı uşaqlar Qəbələdə Tarix-Diyarşünaslıq Muzeyini, Tufandağ İstirahət Kompleksini və Qəbələnd Əyləncə Mərkəzini, Şəkidə isə Xan Sarayını ziyarət ediblər. Proqram iştirakçılarının yaxın günlərdə digər bölgələrimizə səfərləri də nəzərdə tutulub.

Qeyd edilib ki, 10 günlük sosial reabilitasiya proqramına cəlb edilən uşaqlarla sosial-psixoloji dəstək və sosial adaptasiya

istiqamətində iş aparılır.

Azərbaycana gətirilmiş ukraynalı uşaqlar Qəbələ və Şəkidə olublarAzərbaycana gətirilmiş ukraynalı uşaqlar Qəbələ və Şəkidə olublarAzərbaycana gətirilmiş ukraynalı uşaqlar Qəbələ və Şəkidə olublarAzərbaycana gətirilmiş ukraynalı uşaqlar Qəbələ və Şəkidə olublarAzərbaycana gətirilmiş ukraynalı uşaqlar Qəbələ və Şəkidə olublar



Xəbəri paylaş

11 dəfə oxunub.

Digər xəbərlər