Saytımızı qiymətləndirin


 
 

Peskov Putin, Tramp və Si Cinpin arasında mümkün görüşün ətraflı müzakirə olunmadığını bildirib
Tarix: 19-10-2026 | Saat: 15:26
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Kreml Azərbaycan, Rusiya və İran prezidentlərinin müzakirə etdiyi məsələləri AÇIQLADI - Primeinfo.az

Rusiya, Çin və ABŞ liderləri arasında APEC sammitində görüş üçün heç bir predmetli təklif irəli sürülməyib.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Çində üçtərəfli görüş barədə müzakirə də aparılmayıb.

Rusiya prezidentinin sözçüsü həmçinin bildirib ki, belə bir görüşün gündəliyi ilə bağlı heç bir əsaslı müzakirə aparılmayıb.

Qeyd edək ki, noyabrda Çində APEC sammiti çərçivəsində Vladimir Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb.



Xəbəri paylaş

21 dəfə oxunub.

Digər xəbərlər