Saytımızı qiymətləndirin


 
 

Bakı-Qəbələ-Bakı dəmir yolu marşrutu üzrə əlavə reyslər təşkil olunacaq
Tarix: 19-10-2026 | Saat: 10:07
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Bakı-Qəbələ-Bakı dəmir yolu marşrutu üzrə əlavə reyslər təşkil olunacaq

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təşkil olunacaq.

QÜarabaginfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Məlumata görə, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl dörd qeyri-iş günündə sərnişin tələbatını qarşılamaq məqsədilə noyabrın 7-də, 8-də, 9-da və 10-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm də dönüş reysləri təşkil ediləcək.

Biletləri ADY-nin rəsmi internet saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından əldə etmək mümkündür.



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər