Saytımızı qiymətləndirin


 
 

BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib
Tarix: 16-10-2026 | Saat: 21:50
Bölmə:Karusel / Siyasət | çapa göndər

BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının komandanı, general-mayor Ali Al-Kaabi və rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, əvvəlcə nümayəndə heyəti Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Döyüş Komandanlığında olublar. Burada qonaqlara təlimin gedişi, qarşıya qoyulan tapşırıqlar və hərbi qulluqçuların birgə fəaliyyəti barədə məlumat verilib.

Təlimin gedişi ilə tanış olan qonaqlar şəxsi heyətlə görüşüb, təlimdə istifadə olunan aviasiya vasitələrinə və hərbi texnikalara baxış keçiriblər.

Sonra nümayəndə heyəti Xüsusi Təyinatlı Qüvvələr (XTQ) komandanlığını ziyarət ediblər. Burada qonaqlara XTQ-in fəaliyyəti barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Görüş zamanı tərəflər arasında hər iki ölkənin XTQ-si arasında mümkün əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələləri müzakirə edilib.

Daha sonra nümayəndə heyətinin rəhbəri Şərəf Kitabına ürək sözlərini yazıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, qarşılıqlı təcrübə mübadiləsi baxımından bu cür səfərlərin vacibliyini diqqətə çatdırıb.

BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edibBƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edibBƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edibBƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edibBƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edibBƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edibBƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edibBƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edibBƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edibBƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edibBƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edibBƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib


Xəbəri paylaş

48 dəfə oxunub.

Digər xəbərlər
21-10-2024, 09:54 Fətullah Gülən öldü