Saytımızı qiymətləndirin


 
 

Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
Tarix: 16-10-2026 | Saat: 15:41
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Rusiya baş nazirinin müavini Aleksandr Novak

 

Rusiya neft emalı zavodlarının dizel istehsal gücü tələb olunduğundan iki dəfə çoxdur və hətta təmir işləri aparılsa belə, ixrac üçün kifayət edəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

O, Rusiyanın Hava Hücumundan Müdafiə sistemini və neft emalı zavodlarının passiv mühafizəsini gücləndirməyə davam etdiyini və şirkətlərin müdafiə avadanlıqlarına investisiya qoyduğunu söyləyib.

Novak vurğulayıb ki, ABŞ-a yük daşımaları, sığorta və dizel tədarükü ilə bağlı bütün məsələlər faktiki olaraq artıq həll edilib.

Qeyd edək ki, ötən həftə Vladimir Putin və Donald Tramp Rusiya dizel yanacağının Amerika və qlobal bazarlara tədarükü barədə razılığa gəliblər. Oktyabrın 15-də Rusiya Baş nazirin müavini Aleksandr Novak Rusiya şirkətlərinin ixracata başlamağa hazır olduğunu, lakin lazımi prosedurların iki-üç həftə çəkəcəyini açıqlayıb.



Xəbəri paylaş

42 dəfə oxunub.

Digər xəbərlər
26-04-2022, 10:28 3 qəza 3 can ALDI