Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb
Tarix: 16-10-2026 | Saat: 15:47
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

​Oktyabrın 16-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təlimi çərçivəsində NATO-nun nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, general-polkovnik K.Vəliyev peşəkar hərbi kadrların hazırlanmasında Azərbaycan ilə NATO arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini və bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
​NATO-nun dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında böyük rola malik olduğu bildirilən görüşdə qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin, təlimlərin və kusrların vacibliyi diqqətə çatdırılıb.
​Tərəflər həmçinin NATO ilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.



Xəbəri paylaş

61 dəfə oxunub.

Digər xəbərlər