Tarix: 23-06-2023 | Saat: 16:59
Bölmə:Karusel / Region | çapa göndər
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının toplantısı keçirilib.
Qarabaginfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, iclasa ölkə prezidenti Volodimir Zelenski sədrlik edib.
"Birincisi, insanların təhlükəsizliyidir. Ukraynada sığınacaqların dörddə biri, Kiyevdə isə üçdə biri istifadəyə yararsızdır. Bütün mühafizə strukturları lazımi vəziyyətə gətirilməlidir. İkincisi məhkəmələrdir. Biz Avropa İttifaqı ilə sıx əməkdaşlıqda məhkəmə islahatlarını davam etdiririk. Biz ədliyyə sistemində korrupsiyaya görə cəzaları sərtləşdiririk. Biz ayrı-ayrılıqda xarici və daxili investisiyaların məhkəmələrdə müdafiə mexanizmi üzərində işləyirik. Üçüncüsü, gələcəyimiz Avropa İttifaqı ilə bağlıdır. Biz Avropa tövsiyələrinin yerinə yetirilməsi üzrə işi sürətləndiririk”, - Zelenski bildirib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Digər xəbərlər