Saytımızı qiymətləndirin


 
 

ICESCO-nun Azərbaycanda regional ofisinin təsis edilməsi müzakirə edilib
Tarix: 02-02-2022 | Saat: 19:04
Bölmə:Karusel / Siyasət | çapa göndər

ICESCO-nun Azərbaycanda regional ofisinin təsis edilməsi müzakirə edilib

Fevralın 2-də mədəniyyət naziri Anar Kərimovla İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik arasında onlayn formatda görüş baş tutub.

Mədəniyyət Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və ICESCO arasındakı əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri barəsində fikir mübadiləsi aparılıb.

Bu konteksdə, gələcəkdə ICESCO-nun Azərbaycanda regional ofisinin təsis edilməsi və təşkilatın ekspertlərdən ibarət texniki missiyasının yaxın müddətdə ölkəmizə mümkün səfəri müzakirə edilib. Eyni zamanda, Mədəniyyət Nazirliyinin mədəniyyətlərarası dialoq istiqamətində olan təşəbbüsləri, xüsusilə “Mədəniyyət naminə sülh” Qlobal Kampaniyası çərçivəsində görülən işlərə dair qarşı tərəfə məlumat verilmiş və ICESCO-nun bu kampaniyaya göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə edilib.



Xəbəri paylaş

1269 dəfə oxunub.

Digər xəbərlər