Saytımızı qiymətləndirin


 
 

“Starlink” Ukraynada nümayəndəlik açmaq niyyətindədir
Tarix: 19-04-2022 | Saat: 18:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukraine president says he spoke to Musk, will get more Starlink internet terminals | M.News World

İnternetə çıxış üçün qlobal peyk sistemi olan “Starlink” Ukraynada nümayəndəlik açmağı planlaşdırır.

Qarabaginfo.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini - rəqəmsal transformasiya naziri Mixail Fyodorov özünün teleqram kanalında bildirib.

“İndi Ukraynanı müasir “Starlink” texnologiyası olmadan təsəvvür etmək demək olar qeyri-mümkündür və bu texnologiya ukraynalılar üçün daha da əlçatan olacaq. Çünki bu gün daha bir müsbət xəbər aldıq: “Starlink” Ukraynada nümayəndəliyinin açılması üzərində işə başlayıb”, - o yazıb.

M.Fyodorov, həmçinin qeyd edib ki, o da öz növbəsində müvafiq orqanlara sertifikatlaşdırma, ölçmə və tezliklərin verilməsi ilə bağlı zəruri prosedurların qısa zamanda başa çatdırılmasını tapşırıb.

Onun sözlərinə görə, bu gün 10 mindən çox “Starlink” stansiyası Ukrayna Silahlı Qüvvələrinə əlaqə saxlamağa və xüsusi əməliyyatlar keçirməyə, kritik enerji və telekommunikasiya obyektlərinin, səhiyyə müəssisələrinin, hətta əkin kampaniyasının işinə dəstək verməyə kömək edir, həmçinin işğaldan azad olunmuş əraziləri bərpa edir.



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər