Saytımızı qiymətləndirin


 
 

Zelenski: Seçkilər üçün təhlükəsiz şərait yaradılmalıdır
Tarix: 20-10-2026 | Saat: 12:35
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Prezidenti Volodimir Zelenski

 

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə prezident seçkilərinin keçirilməsi üçün təhlükəsiz şəraitin yaradılmasının vacib olduğunu bildirib.

Zelenski bunu İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

Zelenskinin sözlərinə görə, hazırda əsas məsələ müharibəni başa çatdırmaq və normal həyata qayıtmaqdır. O qeyd edib ki, seçkilər vaxtı gəldikdə keçirilməlidir və cəbhədə olan hərbçilər, xaricdə yaşayan ukraynalılar və ölkə daxilindəki vətəndaşlar səsvermədə iştirak edə bilməlidirlər.

Ukrayna Prezidenti dron və raket hücumları davam etdiyi halda demokratik seçkilərin keçirilməsini mümkün hesab etmədiyini vurğulayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a müraciət edərək, Rusiya Prezidenti Vladimir Putini dayandırmaq mümkün deyilsə, Ukraynaya enerji infrastrukturunu qorumaq üçün raket əleyhinə müdafiə sistemlərinin verilməsini istəyib.

“Əgər onlar bizə zərbələr endirirlərsə, biz onlara cavab verə bilmiriksə, bu, dürüst və ədalətli deyil. Amma bu, sizin üçün vacibdirsə və siz Putini sakitləşdirə bilmirsinizsə, onda bizə raket əleyhinə müdafiə sistemləri verin ki, mən enerji infrastrukturunu qoruya bilim. Putini dayandıra bilmədiniz – Ukraynaya kömək edin”, – Zelenski bildirib.



Xəbəri paylaş

7 dəfə oxunub.

Digər xəbərlər
25-05-2024, 10:18 Şahdağa qar yağdı