Saytımızı qiymətləndirin


 
 

Mobil telefonlar da POS-terminal sayılacaq
Tarix: 20-10-2026 | Saat: 11:52
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Mobil telefonlar da POS-terminal sayılacaq

Mobil telefonlar da POS-terminal sayılacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Kamran Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Kamran Əhmədov deyib ki, “Elektron ticarət haqqında” qanuna təklif edilən dəyişikliklərlə POS-terminal anlayışının müasir ödəniş texnologiyalarına uyğunlaşdırılması nəzərdə tutulur: “Hazırda qanunda POS-terminal anlayışı əsasən ödəniş kartları ilə əməliyyat aparmaq üçün istifadə olunan avadanlıq kimi müəyyən edilib. Yeni yanaşma isə nağdsız ödənişlərin, o cümlədən təmassız ödənişlərin həyata keçirilməsini əhatə edir. Bu, "Elektron ticarət haqqında" qanundakı anlayış müasir təcrübəyə, faktiki vəziyyətə uyğunlaşdırılır. Yəni kartla ödənişlə yanaşı, istənilən nağdsız ödənişin, o cümlədən təmassız ödənişin kartla edilməsi nəzərdə tutulur. Yalnız xüsusi avadanlıq deyil, baza proqram təminatı olan mobil telefon və digər son avadanlığın da POS-terminal sayılması nəzərdə tutulur və bayaq qeyd elədiyim kimi, qüvvədə olan qanunvericilik arasında ziddiyyətlər aradan qaldırılır”.



Xəbəri paylaş

6 dəfə oxunub.

Digər xəbərlər