Saytımızı qiymətləndirin


 
 

Nazirlik: Zəngəzur dəhlizinin inkişafı regional nəqliyyat əlaqələrini gücləndirəcək
Tarix: 20-10-2026 | Saat: 13:11
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

 

Bu gün BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək

Azərbaycanın tranzit potensialının genişləndirilməsi və beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsi baxımından Zəngəzur dəhlizinin inkişafı xüsusi əhəmiyyət daşıyır.

Bu barədə Qarabaginfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, bu istiqamətdə Horadiz–Ağbənd avtomobil yolunun tikintisi başa çatdırılıb, dəmir yolu xəttinin tikintisi davam etdirilir. Eyni zamanda Naxçıvanın dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində işlər aparılır.

"Zəngəzur dəhlizinin inkişafı illik əlavə 15 milyon tona qədər yükdaşıma potensialı yaradaraq regional nəqliyyat əlaqələrini gücləndirəcək", - məlumatda qeyd olunur.



Xəbəri paylaş

11 dəfə oxunub.

Digər xəbərlər