Saytımızı qiymətləndirin


 
 

SEPAH: Hörmüz boğazında 2 milyon barel neft daşıyan supertanker minaya düşüb
Tarix: 20-10-2026 | Saat: 22:52
Bölmə:Karusel / Dünya | çapa göndər

SEPAH: Hörmüz boğazında 2 milyon barel neft daşıyan supertanker minaya düşüb

Hörmüz boğazının cənub hissəsində 2 milyondan çox barel neft daşıyan tankerin dəniz minasına düşdüyü və bundan sonra gəmidə yanğın baş verdiyi bildirilir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Qayda pozan supertanker Hörmüz boğazının cənubunda dəniz minasına düşüb və yanmağa başlayıb”, – məlumatda deyilir.

SEPAH-ın iddiasına görə, gəmi bütün radar və naviqasiya sistemlərini söndürüb, korpusun Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayaraq, icazə verilməyən cənub marşrutu ilə boğazdan çıxmağa cəhd edib.

SEPAH tankerin adını açıqlamayıb.



Xəbəri paylaş

37 dəfə oxunub.

Digər xəbərlər