Saytımızı qiymətləndirin


 
 

Pezeşkian: ABŞ danışıqlardan əvvəl təhdid və sanksiyaları aradan qaldırmalıdır
Tarix: 20-10-2026 | Saat: 22:19
Bölmə:Karusel / Dünya | çapa göndər

Pezeşkian: ABŞ danışıqlardan əvvəl təhdid və sanksiyaları aradan qaldırmalıdır

“ABŞ-ın İran əleyhinə iddialarının heç bir əsası yoxdur və İran beynəlxalq hüquq çərçivəsində keçirilən danışıqlarda və nüvə yoxlamalarında xoş niyyətini daha əvvəl nümayiş etdirib”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian Pakistan Ordusunun komandanı feldmarşal Asim Münirlə görüşü zamanı deyib.

ABŞ-ın müharibə tərəfdarı siyasətinə toxunan Pezeşkian regionda gərginliyin artmasını və Hörmüz boğazında vəziyyətin pozulmasını Vaşinqtonun addımları ilə əlaqələndirib.

İran Prezidenti bir daha ölkəsinin dialoqa hazır olduğunu, lakin ABŞ-ın ilk növbədə təhdid və sanksiyaları aradan qaldırmalı olduğunu vurğulayıb.

O, İran xalqının Vaşinqtona etimadsızlığına toxunaraq bildirib ki, ABŞ-ın davranışı və hücum təhdidləri danışıqlar və razılaşma barədə bəyanatları ilə ziddiyyət təşkil edir.

Pezeşkian onu da bildirib ki, ABŞ nüvə silahının mövcudluğu barədə yalan iddialarla İrana qarşı hərbi addımlarını əsaslandırmağa çalışıb. Onun sözlərinə görə, müharibə ABŞ-ın məqsədlərinə çatmasına imkan verməyəcək, əksinə, İrana və bütün regiona zərər vuracaq.

İran Prezidenti vurğulayıb ki, ölkəsi öz iradəsini başqalarına qəbul etdirmək istəmir, lakin güc qarşısında geri çəkilməyəcək.



Xəbəri paylaş

42 dəfə oxunub.

Digər xəbərlər