Saytımızı qiymətləndirin


 
 

Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq
Tarix: 21-10-2026 | Saat: 10:12
Bölmə:Karusel / Dünya | çapa göndər

Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq

Gürcüstanda Azərbaycan sərhədinədək dördzolaqlı avtomagistralın tikintisi 2031-ci ilin sonuna qədər tam başa çatdırılacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, avtoban Türkiyə sərhədindəki “Sarpi” gömrük-keçid məntəqəsindən Azərbaycanla sərhəddəki “Qırmızı körpü” və Ermənistan sərhədindəki “Sadaxlı” gömrük-keçid məntəqəsinə qədər uzanacaq.

“Bu avtomagistral həmçinin Tbilisidən yan ötəcək və bu da paytaxtdakı nəqliyyat sıxlığının azaldılması baxımından böyük əhəmiyyət kəsb edir”, - deyə Baş nazir əlavə edib.



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər