Saytımızı qiymətləndirin


 
 

Leyla Əliyeva dünya xalçaçılıq tarixinin Şuşa məscidi üçün toxunan ən böyük dairəvi xalçası ilə tanış olub
Tarix: 28-10-2025 | Saat: 13:55
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Leyla Əliyeva dünya xalçaçılıq tarixinin Şuşa məscidi üçün toxunan ən böyük dairəvi xalçası ilə tanış olub


Heydər Əliyev Fondu, “PAŞA Holdinq” və “PMD Projects”in təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və toxucu komandası ümumdünya xalçaçılıq tarixinin ən böyük dairəvi əl xalçasını (diametri 22.17 m x 22.17 m) toxuyur.

“Azərxalça” ASC-dən Qarabaginfo.az-a bildirilib ki, adı çəkilən möhtəşəm xalça Şuşa məscidi üçün nəzərdə tutulub. "Qarabağ" qrupuna aid, "Xətai" xalçasının elementlərini üzərində daşıyan xalçanın əsas toxunma prosesi İsmayıllı və Şabran emalatxanalarında baş tutur. 150 xalçaçı xanımın toxuduğu xalsa üzərində işə ötən ilin dekabrından başlanılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva oktyabrın 27-də bu möhtəşəm xalçanın toxunma prosesi ilə tanış olub.

Leyla Əliyeva xalça ilə tanışlıqdan sonra toxucularla vaxt keçirib və tarixi xalçanın bir hissəsinə çevrilərək ona ilmə atıb.

Məlumat üçün bildirək ki, xalçanın tam şəkildə toxunması üçün yeni və fərqli üslubda dəzgah da sifariş olunub. İki mərtəbədən ibarət dəzgah İrandan dəvət olunmuş bir qrup mütəxəssis tərəfindən xüsusi olaraq “Azərxalça” ASC üçün hazırlanıb.



Xəbəri paylaş

32 dəfə oxunub.

Digər xəbərlər