Saytımızı qiymətləndirin


 
 

Pezeşkian BMT kürsüsündə Əli Xameneinin fotosunu nümayiş etdirib, mülki nüvə proqramından imtina etməyəcəklərini deyib
Tarix: 23-09-2026 | Saat: 23:32
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

 

Pezeşkian BMT kürsüsündə Əli Xameneinin fotosunu nümayiş etdirib, mülki nüvə proqramından imtina etməyəcəklərini deyib

"Tehran mülki nüvə zənginləşdirmə proqramına malik olmaq hüququndan heç vaxt güzəştə getməyəcək".

Qarabaginfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.

"Biz baş əyməyəcəyik və təbii hüququmuz olan bu imkandan imtina etməyəcəyik. Nüvə silahı yox, yeni dinc nüvə texnologiyasına isə heç bir məhdudiyyət yoxdur", - o bildirib.

Pezeşkian dinc nüvə texnologiyasını tərəqqi yollarının ayrılmaz hissəsi adlandırıb: "Biz enerjini cəmiyyətləri silahlarla təhdid etmək üçün deyil, tərəqqi naminə əldə etməyə çalışırıq".

Onun sözlərinə görə, İran nüvə silahı əldə etmək istədiyini dəfələrlə təkzib edib.

Pezeşkian ABŞ-İsrail müharibəsinin hava zərbələrində öldürülən Ali Rəhbər Əli Xameneinin şəklini qaldıraraq deyib: "İran terrorizmin qurbanı olub".

O vurğulayıb ki, İran heç bir ölkəyə hücum etməyib, özünü müdafiə edib.



Xəbəri paylaş

11 dəfə oxunub.

Digər xəbərlər