Ana Sayfa > Karusel / Dünya > Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq

Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq


Bu gün, 10:12. Yazar: Admin

Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq

Gürcüstanda Azərbaycan sərhədinədək dördzolaqlı avtomagistralın tikintisi 2031-ci ilin sonuna qədər tam başa çatdırılacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, avtoban Türkiyə sərhədindəki “Sarpi” gömrük-keçid məntəqəsindən Azərbaycanla sərhəddəki “Qırmızı körpü” və Ermənistan sərhədindəki “Sadaxlı” gömrük-keçid məntəqəsinə qədər uzanacaq.

“Bu avtomagistral həmçinin Tbilisidən yan ötəcək və bu da paytaxtdakı nəqliyyat sıxlığının azaldılması baxımından böyük əhəmiyyət kəsb edir”, - deyə Baş nazir əlavə edib.


Geri dön