Saytımızı qiymətləndirin


 
 

Xəzərdə təhlükəsizliyin təmin olunması üzrə vahid əlaqələndirmə qrupunun görüşü keçirilib
Tarix: 22-02-2018 | Saat: 11:18
Bölmə:Karusel / Dünya | çapa göndər

Image result for dəniz

 

Dənizdə qarşılıqlı fəaliyyət üzrə komanda və nəzarətin müəyyən edilməsi, eləcə də vahid əlaqələndirmə prosesinin icrası məqsədilə yaradılan İşçi qrupun görüşü keçirilib.

"Qarabaginfo" xəbər verir ki, bu barədə "Report.az"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikası Dəniz Təhlükəsizliyi Strategiyası”nın tələblərinə əsasən dəniz təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyətin təmin olunması məqsədilə yaradılan qrupun işinə HDQ-nin komandanı vəzifəsini icra edən I dərəcəli kapitan Zaur Hümmətov rəhbərlik edir.

Görüşdə dəniz təhlükəsizliyinin təmin olunmasının əsas aspektləri və bir sıra digər məsələlər müzakirə olunub.



Xəbəri paylaş

588 dəfə oxunub.

Digər xəbərlər