Saytımızı qiymətləndirin


 
 

Uşakov: Rusiya-ABŞ-Ukrayna danışıqlarının yeni raundu Əbu-Dabidə keçirilə bilər
Tarix: 21-10-2026 | Saat: 20:10
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Uşakov: Rusiya-ABŞ-Ukrayna danışıqlarının yeni raundu Əbu-Dabidə keçirilə bilər

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni raundu Əbu-Dabidə keçirilə bilər.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzr köməkçisi Yuri Uşakov bildirib.

"Biz Əbu-Dabini nəzərdə tutmuşuq. Belə razılıq əldə olunub ki, haradasa noyabrın ortalarında, ayın 10-dan sonra görüş olacaq. Danışıqlara kimin qatılacağı hələ müəyyən edilməyib. Prezident qərar verəcək", - Kreml rəsmisi vurğulayıb.

Uşakov aydınlaşdırıb ki, danışıqlar əvvəlki kimi ekspertlər səviyyəsində keçiriləcək. Onun sözlərinə görə, əsas mövzu münaqişə bitdikdən sonra Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin edilməsi olacaq.



Xəbəri paylaş

5 dəfə oxunub.

Digər xəbərlər