Saytımızı qiymətləndirin


 
 

Moskvada avtomobili partlatmaqda ittiham olunan şəxs Türkiyədən Rusiyaya aparılıb
Tarix: 26-07-2024 | Saat: 08:02
Bölmə:Karusel / Kriminal | çapa göndər

Moskvada avtomobili partlatmaqda ittiham olunan şəxs Türkiyədən Rusiyaya aparılıb

Moskvanın şimalında avtomobilin partladılmasında şübhəli bilinən Rusiya vətəndaşı Yevgeni Serebryakov Türkiyədə ələ keçirilərək Rusiyaya aparılıb.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“Rusiya Federasiyasının FTX-i Rusiya Daxili İşlər Nazirliyi ilə birlikdə Türkiyə Respublikasının xüsusi xidmət və hüquq-mühafizə orqanlarının köməyi ilə Bodrum şəhərində saxlanılan və beynəlxalq axtarışda olan Rusiya vətəndaşı, 1995-ci il təvəllüdlü Yevgeni Nikolayeviç Serebryakov iyulun 26-da Rusiyaya gətirilib”, - deyə məlumatda bildirilir.

Şübhəli sonrakı təhqiqatın aparılması üçün prokurorluq əməkdaşlarına təhvil verilib. Qeyd edək ki, Serebryakov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222.1-ci (qəsdən adam öldürməyə cəhd və partlayıcı qurğuların qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunur.



Xəbəri paylaş

91 dəfə oxunub.

Digər xəbərlər