Tarix: 13-01-2021 | Saat: 21:17
Bölmə:Karusel / Sosial | çapa göndər
Yusif Səfərov layihəsi çərçivəsində sözü gedən küçənin Mehdi Mehdizadə və Sabit Orucov küçələri kəsişməsində quraşdırılan svetofor obyektləri test rejimində işə salınaraq təhlillər aparılır.
Bu barədə Qarabaginfo.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
BNA-nın məlumatında deyilir ki, layihə çərçivəsində:
- Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə, Sabit Orucov Nizami küçəsindən Sabit Orucov küçəsinə birbaşa keçid imkanı yaradılıb;
- Nəticədə nəqliyyat vasitələrinin yürüş məsafəsi 1,5 km qısalıb;
- Yusif Səfərov küçəsindən keçməklə Ağ Şəhərdən Mərkəzi Parka yeni nəqliyyat dəhlizləri yaradılıb.
"Yeni yaradılan nəqliyyat dəhlizləri sayəsində Üzeyir Hacıbəyov, Afiyəddin Cəlilov, Yusif Səfərov küçələri, Neftçilər prospekti istiqamətində nəqliyyat yükü q️ismən azalacaq.
Sürücülərdən xahiş edirik ki, gedəcəkləri istiqaməti əvvəlcədən müəyyənləşdirərək yol ayrıclarına yaxınlaşan zaman zolaqlar üzrə hərəkət qaydalarına və yol nişanlarının tələblərinə riayət etsinlər", - deyə məlumatda qeyd olunub.
Digər xəbərlər