ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin və İranla hərbi qarşıdurmanın yaxın vaxtlarda başa çata biləcəyini bildirib.
Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
ABŞ Prezidenti indiyədək səkkiz müharibənin və ya hərbi qarşıdurmaya çevrilmək təhlükəsi olan vəziyyətin nizamlanmasına nail olduğunu iddia edib.
“Mən səkkiz müharibəni və ya müharibəyə çevrilmək üzrə olan vəziyyəti həll etmişəm. İndi daha iki müharibənin – Rusiya ilə Ukrayna arasındakı münaqişənin və İranla müharibənin başa çatmasına yaxınıq. Onlar bu və ya digər şəkildə sona çatacaq”, – Tramp vurğulayıb.
ABŞ lideri mümkün razılaşmaların konkret şərtləri və müddətləri barədə əlavə məlumat verməyib.