Saytımızı qiymətləndirin


 
 

Paşinyan dekabrda Rusiyaya 3 dəfə səfər edəcək
Tarix: 14-11-2026 | Saat: 19:40
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanın Baş naziri Nikol Paşinyan

 

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında Rusiyaya üç dəfə səfər edəcəyini bildirib.

Qarabaginfo.az xəbər verir ki, Paşinyan Rusiyaya dekabrın 3, 11 və 22-də səfər edəcəyini deyib.

“Rusiya ilə münasibətlərimizdə dostluq atmosferini qoruyub saxlaya biləcəyimizə ümid edirəm”, – Paşinyan bildirib.

Qeyd edək ki, dekabrın 11-də Moskvada Avrasiya İqtisadi İttifaqının hökumət başçıları səviyyəsində Hökumətlərarası Şuranın iclası keçiriləcək. Dekabrın 21-də isə Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü baş tutacaq.

 



Xəbəri paylaş

17 dəfə oxunub.

Digər xəbərlər