Saytımızı qiymətləndirin


 
 

Britaniya 2028-ci ilə qədər Rusiyadan uran idxalını dayandırmaq istəyir
Tarix: 18-11-2025 | Saat: 08:29
Bölmə:Karusel / Dünya | çapa göndər

Britaniya 2028-ci ilə qədər Rusiyadan uran idxalını dayandırmaq istəyir

Böyük Britaniya 2028-ci ilə qədər Rusiyadan uran idxalını tam dayandırmağı planlaşdırır.
Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı London­dakı Rusiya səfirliyi “İzvestiya”ya açıqlayıb.

Diplomatik nümayəndəlik bildirib ki, əvvəlcə Britaniya hökuməti Rusiyadan uran idxalını 2030-cu ildə tam dayandırmağı planlaşdırırdı, lakin ABŞ-la imzalanan “texnoloji rifah sazişi” çərçivəsində bu müddət 2028-ci ilə çəkilib.

Məlumata görə, söhbət ABŞ-dan birbaşa uran tədarükündən deyil, Fransanın EDF şirkətinə məxsus olan və mənşə etibarı ilə Rusiyadan olan nüvə yanacağının alınmasından gedir.

Rusiya səfirliyinin açıqlamasında qeyd olunub ki, Londonun Rusiya ilə ticarət məsələlərinə yanaşmasında iqtisadi məqsədəuyğunluq o qədər də həlledici amil sayılmır.



Xəbəri paylaş

37 dəfə oxunub.

Digər xəbərlər