Saytımızı qiymətləndirin


 
 

Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
Tarix: 05-10-2026 | Saat: 22:36
Bölmə:Karusel / Siyasət | çapa göndər

İran Prezidenti Məsud Pezeşkian

 

İran Prezidenti Məsud Pezeşkian hazırkı münasibətlər fonunda Tehranla Vaşinqton arasında danışıqların mənasız olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, o, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü zamanı deyib.

Pezeşkianın sözlərinə görə, ABŞ-ın addımları Vaşinqtonun real dialoqa hazır olmadığını göstərir.

“ABŞ-la problemimiz ondan ibarətdir ki, hər dəfə danışıqlar masasına oturanda bizə müharibə sırımağa çalışırlar. Danışıqlardan sonra artıq üç dəfə hücuma məruz qalmışıq”, – İran Prezidentinin mətbuat xidməti onun sözlərini sitat gətirib.

Pezeşkian həmçinin ABŞ siyasətinin məqsədlərindən birinin İranda mövcud dövlət quruluşunu dəyişdirmək olduğunu iddia edib.

İran Prezidenti sanksiyalar, təzyiq və təhdidlərin davam etdiyi şəraitdə Vaşinqtonla tamhüquqlu dialoqu mümkün hesab etmədiyini bildirib.

“Hər gün öldürən, sanksiyalar tətbiq edən, təzyiq göstərən, hədələyən və etibarsız davranan tərəflə danışıqların mənası yoxdur. Xalqımız belə yanaşmanı qəbul etməyəcək”, – Pezeşkian deyib.

İran Prezidenti danışıqların bərpası imkanının ABŞ tərəfinin yanaşmasını dəyişməsindən asılı olduğunu bildirib.



Xəbəri paylaş

43 dəfə oxunub.

Digər xəbərlər
16-01-2026, 23:06 Yeni sədr kimdir?