Saytımızı qiymətləndirin


 
 

Moskvada Rusiya-Türkiyə-İran-Suriya dördtərəfli görüşü keçirilib 
Tarix: 25-04-2023 | Saat: 17:52
Bölmə:Karusel / Siyasət | çapa göndər

Moskvada Rusiya-Türkiyə-İran-Suriya dördtərəfli görüşü keçirilib - YENİLƏNİB - FOTO

Moskvada Rusiya Federasiyası, İran İslam Respublikası, Suriya Ərəb Respublikası və Türkiyə Respublikasının müdafiə nazirləri arasında dördtərəfli danışıqlar keçirilib.

Qarabaginfo.az xəbər verir ki, danışıqlar zamanı Suriya Ərəb Respublikasında təhlükəsizliyin möhkəmləndirilməsi və Suriya-Türkiyə münasibətlərinin normallaşdırılması sahəsində əməli addımlar müzakirə edilib.

Terror təhdidlərinin bütün təzahürlərinə qarşı mübarizə, Suriyada bütün ekstremist qruplarla mübarizə məsələlərinə xüsusi diqqət yetirilib.

Danışıqlardan sonra tərəflər Suriyanın ərazi bütövlüyünü qorumaq istəklərini, həmçinin suriyalı qaçqınların vətənlərinə tezliklə qayıtması üçün səylərin gücləndirilməsinin zəruriliyini bir daha təsdiqləyiblər.

Müdafiə nazirliklərinin rəhbərləri bu formatda keçirilən dialoqun konstruktiv xarakterini və Suriya Ərəb Respublikasında və bütövlükdə regionda vəziyyətin daha da sabitləşdirilməsi maraqları naminə davam etdirilməsinin zəruriliyini xüsusilə vurğulayıblar.

Həmçinin Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu iranlı suriyalı və türkiyəli həmkarları ilə ikitərəfli danışıqlar aparıb

Görüşlər zamanı ikitərəfli əməkdaşlığın aktual məsələləri, o cümlədən qlobal və regional təhlükəsizliyin təmin edilməsinin müxtəlif aspektləri müzakirə olunub.



Xəbəri paylaş

1105 dəfə oxunub.

Digər xəbərlər