Şuşada 5 mərtəbəli binalara üstünlük veriləcək
Tarix: 20-05-2022 | Saat: 12:44
Bölmə:Karusel / Qarabağ | çapa göndər
384 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-05-2022 | Saat: 12:44
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Kərim Kərimli: "Yəqin ki, şəhərin görkəminə xüsusi yaraşıq, bər-bəzək vermək üçün gül-çiçəklə bəzənmiş həyət evləri də olacaq"
“Şuşanın yeni baş planı hazırlanıb, şəhərdə 20-25 min insanın məskunlaşması nəzərdə tutulur”. Bu barədə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib. O bildirib ki, insanların məskunlaşması üçün 24 binanın tikintisi nəzərdə tutulur. A.Kərimov vurğulayıb ki, bir neçə gün sonra artıq Şuşada ilk yaşayış kompleksinin tikintisinə başlanılacaq:
“Şuşadakı həyatı, yaşayışı bərpa etmək üçün işlər sürətlə davam etdirilməkdədir. Artıq Şuşada xəstəxana və orta məktəbin də inşası prosesi sürətlənməkdə və şəhərin həyat rejimi bərpa olunmaqdadır”. Xatırladaq ki, 2021-ci il avqustun 29-da Şuşada olan Prezident İlham Əliyevə şəhərin baş planı təqdim olunub və dövlət başçısı 1-ci məhəllənin təməlini qoyub. Qeyd olunub ki, Şuşanın yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı təxminən 2 min adam nəzərdə tutulub. Birinci məhəllədə 3, 4 və 5 mərtəbəli binaların Şuşaya xas memarlıq üslubu ilə tikiləcəyi deyilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, Şuşanın Baş Planı hazırlanarkən şəhərin tarixi əzəməti əsas götürülüb. Bütün yeni layihələr tarix ilə müasirliyin vəhdəti üzərində qurulub.

Yazıçı-publisist, jurnalist, əslən şuşalı Kərim Kərimli “Şərq”ə açıqlamasında bildirib ki, Şuşada tikiləcək yaşayış binalarının təməli ötən ilin avqust ayında qoyulub. Həmin gün Şuşada olduğunu və təməlqoyma mərasimində iştirak etdiyini deyən K.Kərimli şəhərdə məskunlaşdırılacaq əhalinin dəqiq sayının konkret ifadə olunmasının çətin olduğunu söyləyib:
“20-25 min təxmini rəqəmdir. Əlbəttə, bu qədər əhali şəhərdə yaşaya bilər. Nəzərə alaq ki, 24 bina şəhərin bütün ərazisini əhatə etmir. Həmin tikililər sadəcə bir məhəlləni, şəhərin yuxarı hissəsindəki məhəlləni əhatə edir. İlk şəhərcik orada salınır. Şəhərin orta və aşağı hissəsində hələlik hansısa tikinti nəzərdə tutulmur. İctimaiyyətə təqdim olunan varianta görə, orta hissə müasir şəhər tipli mərkəz, aşağı hissə isə tarixi guşələr, abidələr və s. olacaq. Əgər 24 bina və 20-25 min əhali deyilirsə, hər ailəni 5 nəfərdən hesablasaq, bir binada hardasa iki yüz mənzil olmalı və min adam yaşamalıdır. Amma 25 min əhali deyiləndə bütöv Şuşa şəhəri nəzərdə tutulursa, bu, optimal rəqəmdir. Nə həddindən çox, nə də azdır. 1989-cu ildə respublika üzrə əhalinin siyahıya alınması prosesində mən də iştirak etmişəm. Həmin tarixdə bütövlükdə Şuşa əhalisinin sayı 22 min idi. Şəhər əhalisi isə 14-15 min civarında göstərilirdi. 2022-ci il yanvarın 1-nə olan məlumata əsasən, Şuşa əhalisinin sayı orta hesabla 35 mindir. Ümumi əhalinin 25 mini məskunlaşırsa, yerdə qalan 10 min əhalinin taleyi ilə bağlı sual ortalığa çıxır. Bəs bu on min əhali necə olacaq? Bilirsiz ki, Şuşa rayonunun Daşaltı kəndindən başqa digər kəndlər Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətindədir. Şuşanın böyük kəndləri var idi. İşğala kimi 4-5 min əhalisi olan Malıbəyli, Aşağı Quşçular, Yuxarı Quşçular, Xəlfəli, Şırlan, Zarıslı, o cümlədən Turşsu qəsəbəsi kimi yaşayış məskənləri var idi. Ümid edirik ki, rus sülhməramlılarının missiyası başa çatanadək, bu kəndlər Azərbaycanın yurisdiksiyasına keçəcək. Xankəndidən Ermənistana çəkilən birbaşa tunel yolu, Şuşa-Laçın yolu da bizim ixtiyarımızda olacaq. Yolboyu kəndlərdə də əhalimiz məskunlaşacaq. Kənd əhalisi kəndlərdə yaşasa yaxşıdı, əlbəttə ki, şəhərdə də yaşaya bilər. Yəni düşünmürəm ki, Şuşanın məskunlaşmasında hansısa sıxlıq, darısqallıq olacaq”.
K.Kərimli vurğulayıb ki, Şuşa şəhərində tikilməsi planlaşdırılan binalar maksimum 5 mərtəbəli olacaq. Amma 3-4 mərtəbəli binaların inşası da planlaşdırılır: “Beş mərtəbədən hündür binaları təsəvvür etmirəm. Şuşa işğal olunana kimi şəhərdə sadəcə üç ədəd 9 mərtəbəli, bir dənə də 7 mərtəbəli bina var idi. Çoxmərtəbəli tikililərdən biri Qarabağ mehmanxanasıydı, hazırda “Qarabağ oteli” deyilən binadı. O da mehmanxana olduğu üçün doqquz mərtəbə qaldırmışdılar. Şəhərin yuxarı hissəsində, “26-lar” parkının yanında da 9 mərtəbəli yaşayış binası var idi. Başqa bina görməmişəm, bilmirəm. Məncə, Şuşada çoxmərtəbəli binalar olmayacaq, əsasən 5 mərtəbəli binalara üstünlük veriləcək. Prezident də təməlqoyma mərasimində bəyan etmişdi ki, şəhərdə 3, 4 və 5 mərtəbəli binaların tikilməsi nəzərdə tutulur. Amma yəqin ki, şəhərin görkəminə xüsusi yaraşıq, bər-bəzək vermək üçün gül-çiçəklə bəzənmiş həyət evləri də olacaq”.
Xəbəri paylaş
Digər xəbərlər
30-09-2022, 15:07
Zelenski Nobel Sülh Mükafatına layiq görülə bilər
28-02-2022, 14:27
Ukrayna və Rusiya arasında danışıqlar başlayıb
2-10-2020, 13:31
Düşmənin təminat və döyüş vasitələri darmadağın edilib
15-07-2025, 12:49
Şəfəq Mehralıyeva: Kommunikasiya və rəqəmsal media üzrə insan kapitalı formalaşmalıdır
30-11-2022, 17:11
Azərbaycan və Özbəkistan HHQ arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib (FOTO)
20-01-2022, 13:44
Türkiyə XİN başçısının müavini Azərbaycan səfirilə görüşdü
8-11-2021, 16:31
Türkiyənin vitse-prezidenti Azərbaycan xalqını təbrik edib
30-10-2025, 17:29
Əli Əsədov BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşüb
26-09-2024, 11:12
Kiyevdə partlayışlar baş verib
8-04-2022, 12:53
“Qalatasaray”ın prezidenti postuna xanım namizəd






" style="width: 670px; height: 340px;">









