Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevin dəvəti ilə bu gün Azərbaycana rəsmi səfər edəcək.

Qarabaginfo.az  xarici KİV-ə istinadən xəbər verir ki, hər iki liderin təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.

Danışıqların gündəliyinə ticarət-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi vurğulanmaqla Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafı daxildir.