Atəş açıldı: Putin hansı planı işə salır?
Tarix: 17-02-2022 | Saat: 16:50
Bölmə:Karusel / Gündəm | çapa göndər
359 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 17-02-2022 | Saat: 16:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukrayna separatçıların Luqansk əyalətində kəndləri atəşə tutduğunu bildirir: uşaq bağçası, dəmiryolu stansiyası və lokomotiv deposuna zərbələr endirilib; görüntülər də dağıntıların olduğunu təsdiqləyir; Rusiya və separatçılar isə Ukrayna ordusunu hücuma keçməkdə ittiham edirlər;
Rusiya-Ukrayna müharibəsinin gözlənildiyi vaxt separatçıların olduğu bölgədə eskalasiyanın yenidən başlanması Moskvanın Donetsk və Luqanskla bağlı dövriyyəyə saldığı planının tərkib hissəsi kimi görünür.
Rusiya Dövlət Duması iki separatçı rejimin “müstəqilliyini” tanımaqla bağlı qanun layihəsini qəbul etdi: son sözü Putin deyəcək;
Kremlin bu gedişlə iki ssenarini işə salır və ikisindən birini gerçəkləşdirmək niyyətindədir.
A Planı: Kiyevi Minsk razılaşmasına məcbur etmək;
Rusiya ABŞ-la qarşıdurmada Fransa və Almaniyanın tutduğu mövqedən Minsk razılaşmasının icrası üçün də istifadə edir. Putin-Makron və Putin-Şolz danışıqlarında əsas maddələrdən biri də bu idi.
- Paris və Berlin bununla ABŞ-ı prosesdən kənarlaşdırmaq, Avropada müharibə riskini aradan qaldırmaq istəyir;
- Moskva separatçıların yüksək status əldə etməsinə nail olur və bununla Ukraynanın NATO-ya inteqrasiyasının qarşısını alır;
Şolz Moskvaya səfərdən öncə Zelenski ilə görüşdü və bildirdi ki, Ukrayna prezidenti Donbasla bağlı qanun layihələri paketini – yüksək statusun verilməsi, yerli seçkilərin keçirilməsi haqqını tanınması və s. - təqdim edəcəyinə söz verib. Ardınca Moskvada Putinlə bu məsələni müzakirə etdi.
Putin Şolza “Luqansk və Donetsktin tanınması qərarı deputatların ölkədə ictimai rəyi nəzərə alması ilə bağlıdır” dedi, eləcə də “Donbasda rusdilli əhaliyə qarşı soyqırımı olduğunu” da iddia etdi. Bununla demək istəyirdi ki, separatçıların “müstəqilliyini” Minsk razılaşmasının yerinə yetirilməsi şərti ilə tanımaya bilərəm.
Putin də anlayır ki, separatçıların “müstəqilliyi”nin tanınması danışıqların ləğvi və ABŞ-a qarşı istifadə etdiyi Avropa cəbhəsini də itirməsi ilə nəticələnə bilər. Bu, Fransa və Almaniyanın ABŞ qarşısında əlini zəiflədəcək və Avropada böyük eskalasiya riskini artıracaq. Bu baxımdan, mövcud vəziyyətdə Dumanın qərarı Ukrayna cəbhəsində konkret nəticə əldə etmək üçün Avropanı tələsdirməyə məcbur etmək məqsədi daşıyır.
B Planı: Luqansk və Donetski ilhaq etmək;
Putin Luqansk və Donetskin “müstəqilliyini” tanımaq məsələsini rıçaq kimi istifadə etməklə yanaşı, proseslərin inkişafına uyğun olaraq, sonda buna getmək imkanını da əlində saxlayır. Fransa və Almaniya nəticə əldə edə bilməsə və Rusiyanın ABŞ-NATO qarşısında rıçaqları artıq işləməsə, Moskva son anda “tarana” gedə və separatçıların “müstəqilliyini” tanıya bilər. Bu tanınma Krımın ilhaqı ssenarisinin təkrarı olacaq və separatçı bölgələr Rusiyaya birləşdiriləcək.
İndi Moskvanın “rus əhalisinə hücum edilir” iddiasında haqlı çıxması üçün səbəblər lazımdır və separatçıların atəş açması, bölgədə lokal eskalasiya bu səbəbləri yaradan amildir.
Hərçənd, lokal eskalasiya Rusiya üçün heç də risksiz ssenari deyil.
Birincisi, separatçıların Ukrayna ordusu qarşısında duruş gətirmək imkanı azdır və rəsmi Kiyev hərbi müstəvidə irəliləyiş əldə edərsə, münaqişə ilə bağlı yeni masanın qurulmasını və Minsk razılaşmasında əleyhinə olan müddəaların ən azı yumşalmasına nail ola bilər;
İkincisi, ABŞ lokal eskalasiyanı Rusiyanın Ukraynaya hücumu kimi qəbul edə və cavab ssenarisini işə sala bilər;
Bu baxımdan, baş verənlərdən hansı tərəfin qazanclı çıxması kimin daha ağıllı gediş etməsindən asılı olacaq.
Asif Nərimanlı
Xəbəri paylaş
Digər xəbərlər
1-11-2022, 12:05
Bakıda uşaqları dilənçiliyə sövq edən qadın həbs edildi - Foto
30-11-2025, 09:00
Kaliforniyada atışma nəticəsində 4 nəfər ölüb, 10 nəfər yaralanıb
8-08-2022, 19:03
Paytaxtın bu yollarında sıxlıq var
7-11-2023, 16:43
Bakının havasında toz və dəm qazı normadan yüksəkdir
23-06-2023, 16:55
İcra başçısı “döyülməsindən” yazdı: “Xəbər tutdum ki…”
16-11-2017, 18:06
Hüquq müdafiəçisi: “Son 20 ildə Azərbaycandakı cəzaçəkmə müəssisələrində ölüm halları 60 dəfə azalıb
21-09-2020, 14:41
Ermənistanın növbəti təxribatı ilə bağlı cinayət işi başlanıb
28-09-2022, 00:51
Millətlər Liqası: İspaniya finalda, Ukrayna pley-offa çıxa bilmədi






" style="width: 670px; height: 340px;">









