Saytımızı qiymətləndirin


 
 

Bakıda hərbi paradın məşqləri başlanıb –RƏSMİ
Tarix: 16-10-2025 | Saat: 16:28
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən, noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.

Qarabaginfo.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir.

Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.



Xəbəri paylaş

14 dəfə oxunub.

Digər xəbərlər
26-02-2022, 12:22 Deputatlar Ankarada